Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verildi

Elm və Təhsil

03.07.2025 15:20

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

MÜTDA-dan TodayPress TV-yə verilən məlumata görə, 65 572 namizədin iştirak edəcəyi test imtahanları 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44 imtahan mərkəzində təşkil olunur.

Test imtahanı mərhələsinin ilk gününün birinci seansına 3 771 namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83 % davamiyyət qeydə alınıb.

"Məlumat üçün bildiririk ki, 3 iyul 2025-ci il tarixində keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədin iştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısının təminatında fasilələr müşahidə olunub. Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə aradan qaldırılmış və itirilmiş vaxtın bərpası təmin ediib. Nəzərinizə çatdırırıq ki, 3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək.Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!", - deyə məlumatda qeyd olunub.

tag: Müəllimlər,İşə qəbul ,İmtahan,MÜTDA,Todaypress.tv,

photo
photo
photo