Uşaq Hüquqları Aylığı çərçivəsində Naftalanda hüquqi-maarifləndici tədbir keçirildi
Sosial
23.10.2025 11:04
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzinin təşəbbüsü, Naftalan şəhər İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin Naftalan şəhər polis şöbəsinin birgə təşkilatçılığı ilə Naftalan şəhər 1 saylı tam orta məktəbində “Uşaqlar öz hüquqlarını necə başa düşür” mövzusunda hüquqi-maarifləndici tədbir təşkil edilib.
TodayPress TV xəbər verir ki, tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə məlumat verib.
Eyni zamanda, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra tədbirdə mövzu üzrə çıxışlar dinlənilib, məktəblilərin sualları cavablandırılıb.
tag: Ombudsman,Naftalan,Tədbir,Görüş,Todaypress.tv,
