Uşaq evlərinin 22 sakini ali və orta ixtisas təhsili alacaqlar

Sosial

17.09.2025 16:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin 22 məzunu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar.

TodayPress TV xəbər verir ki, uşaq evlərinin məzunlarından 3 nəfəri ali təhsil müəssisələrində, 19 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirəcəklər.

Məzunlarımızı təbrik edir və gələcək həyatlarında uğurlar arzu edirik.

Qeyd edək ki, Agentliyin uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində 500-ə yaxın uşaq dövlət qayğısı ilə əhatə olunur.

TodayPress TV

tag: ƏƏSMN,SXA,Məzun,Təhsil,Todaypress.tv,

photo
photo
photo
photo