Uşaq evi sakinləri üçün yay istirahəti təşkil olundu
Sosial
30.07.2025 11:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün yay istirahəti təşkil edilib.
Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.
İstirahət proqramı uşaqların yay aylarında asudə vaxtlarının səmərəli keçirilməsi, sosial bacarıqlarının inkişafı və psixoloji rifahlarının dəstəklənməsi məqsədi daşıyıb.
Tədbir çərçivəsində uşaqlar maraqlı və inkişafyönümlü fəaliyyətlərə cəlb olunublar. Eyni zamanda maarifləndirici oyunlar, əyləncəli yarışlar, yaradıcı məşğələlər və ekskursiyalar müəssisə sakinlərinə unudulmaz anlar yaşadıb.
Bu cür tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyətə malikdir.
tag: ƏƏSMN,SXA,Uşaq evi,İstirahət,Todaypress.tv,