Əlilliyi olan 63 min şəxsə reabilitasiya xidmətləri göstərildi
Sosial
18.07.2025 10:52
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan 63 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
TodayPress TV xəbər verir ki, onlardan 35 mininə ambulator, 14,3 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir.
Həmçinin stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
tag: ƏƏSMN,Əlillik,Şəxs,Müalicə,Todaypress.tv,