Terrorçuluq barədə yalan məlumat verən şəxsə hökm oxundu
Sosial
10.06.2025 13:36
Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 6 il 6 ay azadlıqdan məıhrum edilməsini istəyib. Məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxuyub. Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.
İttihama görə, C.Cəfərov "102" qaynar xəttinə zəng edərək hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib.
(APA)
tag: Məhkəmə,Terror,Yalan,Cəza,Todaypress.tv,
 
        
 
                                ![Üzünü elektrik mişarı ilə kəsmişdi, [[əməliyyat edildi]]](/uploads/news/68831524c56df.webp) 
                                            ![FHN [[meşələrin yanğın təhlükəsizliyinə dair]] əhaliyə müraciət etdi](/uploads/news/68395493ecbe9.webp) 
                                            ![Yekaterinburqda həbs olunan [[azərbaycanlıların sayı 8-ə çatdı]]](/uploads/news/686566d0c2dd6.webp) 
                                            ![DİN çimərliklərdə [[azyaşlıların nəzarətsiz qalması ilə bağlı]] çağırış etdi](/uploads/news/6880c02444da9.webp) 
                                            ![İtkin düşən [[6 nəfər]] tapıldı](/uploads/news/6853ab9a2772a.webp) 
                                            ![Yanğın təhlükəli sexlərin [[fəaliyyəti]] dayandırıldı](/uploads/news/68a57724992e7.webp) 
                                            ![[[ANAMA-nın əməkdaşı və nişanlısı]] avtomobillə kanala düşdü](/uploads/news/687007815501f.webp) 
                                            ![Bakı-Quba yolunda avtomobil [[piyadanı vurdu]]](/uploads/news/68d82e11b32eb.webp) 
                                            ![İstirahət mərkəzində [[avtomobildən oğurluq edənlər]] saxlanıldılar](/uploads/news/689aed078ccfb.webp) 
                                            ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/683d448575e4f.webp) 
                                            