Tarif dəyişikliyi hansı avtobuslara şamil edilməyəcək? - AÇIQLAMA
Sosial
29.09.2025 12:17
Azərbaycanda ictimai nəqliyyatla bağlı oktyabrın 1-dən qüvvəyə minəcək yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.
Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.
tag: Nəqliyyat,Metro,Avtobus,Qiymət,Todaypress.tv,
 
        
 
                                ![[[Zığ dairəsi-Hava Limanı]] yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salındı](/uploads/news/68446b53c2cf2.webp) 
                                            ![Media savadlılığı ilə bağlı [[layihənin icrasına]] başlanılır](/uploads/news/68d5246bbf163.webp) 
                                            ![AZAL jurnalistlər üçün [[Türkiyənin Adana və Mersin şəhərlərinə]] media-tur təşkil etdi](/uploads/news/6870aedf70070.webp) 
                                            ![Boşanma riskini azaltmaq üçün edilməli amillər [[AÇIQLANDI]]](/uploads/news/685fed385f5b7.webp) 
                                            ![AMEA və “Azərenerji” ASC arasında [[əməkdaşlıq perspektivləri müzakirə olundu]]](/uploads/news/682f3dfe2e88f.webp) 
                                            ![[[Leyla Əliyeva və Arzu Əliyeva]] Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak etdilər](/uploads/news/6901c9be4472b.webp) 
                                            ![Bakının bəzi ərazilərində [[qaz]] olmayacaq](/uploads/news/6879e128b794a.webp) 
                                            ![Məhkumluqdan azad olunmasına [[üç ay qalmış daha 78 nəfərlə bağlı]] qiymətləndirmə aparıldı](/uploads/news/68357d678fc71.webp) 
                                            ![Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi [[- YENİLƏNDİ]]](/uploads/news/6875fd46507a4.webp) 
                                            ![Bəzi bölgələrdə hava şəraiti yağmursuz keçir[[-FAKTİKİ HAVA]]](/uploads/news/6837ffd97e123.webp) 
                                            