Şəkidəki Uşaq evi sosial xidmət müəssisəsində uşaqlar günü ilə bağlı şənlik oldu
Sosial
01.06.2025 19:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.
Tədbir iştirakçılarına bu günün tarixi və əhəmiyyəti barədə məlumatlar verilib, ölkəmizdə uşaq hüquqlarının təminatı sahəsində görülən işlərdən danışılıb.
Müəssisə sakinləri tərəfindən təqdim edilən ədəbi-bədii proqram, müxtəlif musiqi və rəqs nümunələri xoş xatirələrlə yadda qalıb.
Xalq çalğı alətlərində ifa olunan musiqilər, “Xarıbülbül” və “İspan” rəqsi, Hüseyn Cavidin "Qız məktəbində" adlı əsərinə hazırlanan kompozisiya alqışlarla qarşılanıb.
tag: ƏƏSMN,Uşaq,Şəki,Sosial Xidmətlər Agentliyi,todaypress.tv,


