“Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başladı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi elan olunur.
TodayPress TV xəbər verir ki, Müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir.
İştirak şərtləri:
▪ “Rəqəmsal sahibkarlıq” mövzusunda ideya təqdim olunmalıdır.
▪ Layihə cəmiyyətə real tətbiq oluna biləcək, sosial təsirli və unikal olmalıdır.
▪ İştirakçılar 30 may 2025-ci il tarixinə qədər qeydiyyat formasına PPT təqdimatı, layihənin qısa təsviri və 1 dəqiqəlik video çıxışı əlavə etməlidirlər.
▪ Final günü ideyalar 5 dəqiqəlik çıxışla münsiflər heyətinə təqdim olunacaq.
Qalibləri xüsusi mükafatlar gözləyir!
Qeydiyyat linki: https://forms.gle/i3gSf6Eb3Fb88jFH9
Qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi istiqamətində bu təşəbbüs yenilikçi baxışları və sosial təsiri olan layihələri ön plana çıxaracaq.
tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.az,