Ölkəmizə repatriasiya edilən daha 6 nəfərlə bağlı sosial-psixoloji dəstək işlərinə başlandı
Sosial
23.10.2025 18:09
Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib. Onlardan 4-ü uşaq, 2-si isə qadındır.
TodayPress TV xəbər verir ki, repatriasiya olunmuş şəxslərlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.
Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.
tag: Azərbaycan,Suriya,Repatriasiya,ƏƏSMN,Todaypress.tv,
