Ölkə üzrə pensiyalar tam ödənildi

Sosial

21.04.2026 17:07

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə TodayPress TV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

TodayPress TV

tag: ƏƏSMN,Pensiya,Ödənişlər, Terminal, todaypress.tv,