Növbəti iki gündə havanın temperaturu 8 dərəcə enəcək
Sosial
25.09.2025 15:08
Növbəti 2 gün ərzində Azərbaycanda havanın temperaturu enəcək.
Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı axşamdan 28-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Sentyabrın 26-sı günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
tag: Hava,Temperatur,Yağış,Külək,Todaypress.tv,
 
        
 
                                ![[[Türkiyənin ilk astronavtı Alper Gezeravcı Bakıda]] gənclərlə görüşüb](/uploads/news/690091b1b90a3.webp) 
                                            ![[[Həcc ziyarəti üçün]] ayrılan kvota doldu](/uploads/news/682edbd18f973.webp) 
                                            ![[[Günün ULDUZ FALI:]] Kimlər sevgi, kimlər iş həyatında xoş xəbər alacaq?](/uploads/news/688725d6c0c20.webp) 
                                            ![Küləkli hava ilə bağlı [[sarı xəbərdarlıq]] verildi](/uploads/news/68ac64c069dcd.webp) 
                                            ![Zəhərlənməmək üçün oxu!: [[Qarpızı nə vaxt yeməliyik?]]](/uploads/news/684983315d1ac.webp) 
                                            ![“Euronews” telekanalında [[İsmayıllı rayonuna həsr olunmuş]] buraxılış yer aldı](/uploads/news/68ece915e23a3.webp) 
                                            ![Səfərbərlik Xidmətinin rəisi [[Göygöldə vətəndaş qəbulu]] keçirəcək](/uploads/news/6864ec4bd0c9a.webp) 
                                            ![Qubada qədim yəhudi [[qəbiristanlığı rəqəmsallaşdırılacaq]]](/uploads/news/68a74b2a08ea9.webp) 
                                            ![Ombudsman aparatının üzvləri [[Heydər Əliyev adına Beynəlxalq Hava Limanında]] monitorinq apardı](/uploads/news/68d3b5a71f76f.webp) 
                                            ![DİN-in Polis Akademiyasında [[“Məzun Günü”]] keçirildi](/uploads/news/6864f986e5eba.webp) 
                                            