MPK və AKF arasında memorandum imzalandı
Sosial
05.06.2025 16:52
Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Karate Federasiyası (AKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə TodayPress TV-yə MPK-nın mətbuat xidmətindən məlumat verilib.
Milli Paralimpiya Komitəsində keçirilən tədbirdə memorandumu Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov və Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov imzalayıblar.
Memorandum parakarate idman növündə əlilliyi olan şəxslərin idman fəaliyyətinin dəstəklənməsi, bacarıqlarının artırılması və onların müvafiq istiqamətdəki digər ehtiyaclarının müəyyən edilərək dəstəklənməsi üçün birgə addımların atılması və parakaratenin təbliği istiqamətində münasibətlərini əhatə edir.
Görüşdə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Cavad Axundzadə və Azərbaycan Karate Federasiyasının Parakarate Komitəsinin sədri Rənad Əliyev də iştirak edib.
tag: MPK,AKF,Memorandum,İmza,Todaypress.tv,
 
                                             
                                             
        
 
                                ![[[“Su şəbəkələrinə qoşulma”]] işçi qrupunun növbəti iclası keçirildi](/uploads/news/687761bbe05fd.webp) 
                                            ![[[Laçın Hava Limanına]] beynəlxalq status verildi](/uploads/news/683410f67fcb9.webp) 
                                            ![Sabah [[yağış yağacaq]]](/uploads/news/68eb7856d4261.webp) 
                                            ![Zəngilana qayıdan veteran öz yurdunda ümid bağı salır - [[FOTOLAR]]](/uploads/news/68bc1a543ea07.webp) 
                                            ![[["Azərbaycan Dəmir Yolları"]] vətəndaşlara müraciət etdi](/uploads/news/689f38cff0702.webp) 
                                            ![Bayram günlərində [[təcili tibbi yardım xidmətinə]] 8 minədək müraciət daxil olub](/uploads/news/684805ebac9fc.webp) 
                                            ![Yeni sezonun köhnə problemi: [[Zir-zibili təbiətə atanlar...]]](/uploads/news/68711cf7c312e.webp) 
                                            ![[[Millət vəkili:]] “Bir əfv minlərlə insanı sevindirir”](/uploads/news/683437fe9d538.webp) 
                                            ![Yanvar-may ayları ərzində [[25 min 148 ölüm halı]] qeydə alınıb](/uploads/news/6870f2dc61251.webp) 
                                            ![Audiovizual Şura [[MTV-nin cərimələnməsi üçün]] məhkəməyə müraciət etdi](/uploads/news/68ff405c0c67c.webp) 
                                            