İqbal Ağazadə Cabir İmanov haqda etdiyi çıxışa AYDINLIQ GƏTİRDİ
Sosial
30.09.2025 13:28
Ümid Partiyasının sədri İqbal Ağazadə illər əvvəl Əməkdar artist Cabir İmanov haqda etdiyi çıxışının yenidən gündəmə gəlməsindən narahatlığını bildirib.
Partiya sədri bu barədə TodayPress TV-yə danışıb.
“Dünən əməkdar artist “Şən və Hazır Cavablar” kulubunun istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüzünlə baş sağlığı verirəm. Qəbrin nurla dolsun, Allah rəhmət eləsin. 2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var. Çox təəssüf ki, o çıxışı bu gün sosial şəbəkə istifadəçiləri yenidən paylaşırlar. Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlamaq məqsədəuyğun və etik deyil. Allah Cabir İmanova rəhmət eləsin. Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam. Kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm. Nəinki ölümündən sonra nəsə danışmaq. Allah bir daha dünyasını dəyişən Cabir İmanova rəhmət eləsin!”, - deyə o bəyan edib.
Nicat Osman
tag: İqbal Ağazadə,Partiya sədri,Əməkdar artist,Cabir İmanov,Vəfat,Vida mərasimi,Todaypress.tv,
 
        
 
                                ![Qurbanlıq [[heyvanların satışı və kəsimi xidmətləri]] göstəriləcək ünvanlar açıqlandı](/uploads/news/68307c824b887.webp) 
                                            ![[[Memardan SƏRT TƏPKİ:]] "Kəndlər kazarmaya çevrilir!"](/uploads/news/683ec64cc3407.webp) 
                                            ![Küləkli və yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA [[- YENİLƏNDİ]]](/uploads/news/683ee6ae94a90.webp) 
                                            ![Şirvanın bir hissəsində [[qaz dayandırılacaq]]](/uploads/news/68ac978aa0035.webp) 
                                            ![Bakının [[üç rayonunda]] qaz olmayacaq](/uploads/news/689ec0e16e28e.webp) 
                                            ![Xaçmazda [[yol nişanlanma işləri]] aparılır](/uploads/news/689efb2e50908.webp) 
                                            ![[[ANAMA ilə GICHD arasında]] Anlaşma Memorandumu imzalandı](/uploads/news/6895cc7542c6b.webp) 
                                            ![[[“Mənim səsim – mənim hüquqlarım”]] mövzusunda dəyirmi masa keçirildi](/uploads/news/683daa2f69f9a.webp) 
                                            ![Ziya Bünyadov prospektinin [[Böyükşor-Pirşağı yolu ilə kəsişməsində]] yol hərəkətinin təşkili dəyişdi](/uploads/news/687797519c466.webp) 
                                            ![[[AZAL və “Özbəkistan Hava Yolları"]] yeni kod-şerinq müqaviləsi imzaladı](/uploads/news/6850194d40636.webp) 
                                            