Həkimlər ət həvəskarlarına xəbərdarlıq edir
Sosial
06.10.2025 03:00
Həkimlər ət həvəskarlarını diqqətli olmağa çağırır.
TodayPress TV xəbər verir ki, "The Lancet" jurnalında dərc olunmuş hesabata görə, insan pəhrizinin əsasını bitki mənşəli qidalar təşkil etməli, ət istehlakı isə orta səviyyədə olmalıdır.
Hesabat müəllifləri qırmızı ət istehlakını gündə 15 qramdan çox olmamaqla məhdudlaşdırmağı tövsiyə edir.
Eyni zamanda, gündə 200 qram tərəvəz, 300 qram meyvə, 210 qram taxıl, 250 qram süd məhsulları və 30 qram balıq və ya dəniz məhsulları qəbul edilməlidir. Ağ ət isə kiçik hissələrdə istifadə olunmalıdır. Şəkər, duz və doymuş yağ qəbulunu minimuma endirmək də vacib hesab olunur.
Terapevt Oksana Drapkinanın sözlərinə görə, sağlam həyat tərzi üçün ətdən tamamilə imtina etmək lazım deyil, problem əsasən məhsulun emal üsulundadır.
Dietoloq və qastroenteroloq Nuriyyə Dianova isə xəbərdarlıq edib ki, ultra emal olunmuş qidalar, qırmızı ət və şəkər əlavə olunmuş məhsullar bağırsaq sağlamlığına zərər verir və həyati təhlükəli xəstəliklərin riskini artırır.
Jalə Rövşən
tag: Qızmızı ət ,Dietoloq,Meyvə,Taxıl,Todaypress.tv,
