FHN tərəfindən daha bir qanunsuz tikili söküldü
Sosial
05.06.2025 17:19
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
TodayPress TV xəbər verir ki, belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsi tərəfindən Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəkirov Taleh Ağaəli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
tag: FHN,Tikili,Qanunsuz,Söküntü,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
        
 
                                ![Yevlaxda [[yol qəzası]] oldu](/uploads/news/68716f69072c9.webp) 
                                            ![MN-in Təlim və Tədris Mərkəzinin [[Tibb Xidmətinin sabiq rəisinin məhkəməsi]] başladı](/uploads/news/68555de705b4d.webp) 
                                            ![İtkin düşən [[13 nəfər]] tapıldı](/uploads/news/68340cb600d03.webp) 
                                            ![30 kiloqram [[narkotik vasitə]] aşkarlandı](/uploads/news/683d4859c91df.webp) 
                                            ![Bakı və Sumqayıt şəhərlərində [[silah-sursat]] aşkarlandı](/uploads/news/6826f1905faa4.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[60 nəfər]] saxlanıldı](/uploads/news/682ebbeb60ba3.webp) 
                                            ![[[Ruben Vardanyanın]] məhkəməsində ifadələr dinlənildi](/uploads/news/68ee87e38958f.webp) 
                                            ![Bilgəh çimərliyində [[uşaq batdı]]](/uploads/news/684da1cbd0f42.webp) 
                                            ![Rusiyada həbsdə olan [[azərbaycanlı iş adamı sərbəst buraxıldı]]](/uploads/news/68fd183bd8d09.webp) 
                                            ![[[Gəncədə]] kişi bıçaqlandı](/uploads/news/6880473943944.webp) 
                                            