FHN-in nümayəndəsi BMT sessiyasında iştirak etdi
Sosial
10.06.2025 17:59
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli İsveçrə Konfederasiyasına səfər çərçivəsində 2-6 iyun tarixlərində Cenevrə şəhərində keçirilən BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR) Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Platformasının növbəti sessiyasının yüksək səviyyəli görüşlərində və plenar iclaslarında iştirak edib.
Bu barədə FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, tədbir çərçivəsində, Ərgüc Kələntərli BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin rəhbəri, xanım Natalia Alonso Kano ilə görüşüb.
Görüş zamanı Fəlakət Riskinin azaldılması üzrə Senday Çərçivəsinin Yüksək Səviyyəli İcmal Konfransının Siyasi Bəyannaməsinin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub, beynəlxalq səviyyədə fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xanım Natalia Alonso Kano öz növbəsində əməkdaşlıq çərçivəsində görülən işləri yüksək qiymətləndirib, bu xüsusda, birgə layihələrin təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlığın gücləndirilməsi imkanlarının əhəmiyyətini vurğulamaqla Azərbaycanla çoxşaxəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə edib.
Səfər çərçivəsində, bir sıra ölkələrin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndələri ilə görüşlər keçirilib, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində birgə fəaliyyət və fövqəladə halların idarə olunması istiqamətində tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
tag: FHN,BMT,Sessiya,Tədbir,Todaypress.tv,
 
                                             
        
 
                                ![[[TDT-nin Baş katibinin müavini:]] Azərbaycan türk dünyasında körpü rolunu oynayır](/uploads/news/68da21f2dd62f.webp) 
                                            ![[[Mətanət Cəbrayılova:]] "Metroda baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmalıyıq"](/uploads/news/6895b5cf0bf99.webp) 
                                            ![“Qarabağ” - “Kopenhagen” oyununda xəsarət alan azərkeşlə bağlı [[TƏBİB-dən açıqlama]]](/uploads/news/68de29bb038c8.webp) 
                                            ![40 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/687620f8bfe8b.webp) 
                                            ![[[Kəmaləddin Heydərov]] Gədəbəydə vətəndaşları qəbul etdi](/uploads/news/687a552f77841.webp) 
                                            ![Yağıntılı hava şəraiti müşahidə olunur [[- FAKTİKİ HAVA]]](/uploads/news/683fefbdcf4cb.webp) 
                                            ![[[Elmir Əkbər:]] “Evlilik heç bir kişini düzəltmir”](/uploads/news/68482851400e4.webp) 
                                            ![[[AYNA:]] İctimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır](/uploads/news/6846b5f21c22b.webp) 
                                            ![[[Taksilər üçün buraxılış vəsiqələrinin verilməsi]] il sonuna kimi davam edəcək](/uploads/news/68f268978dbe0.webp) 
                                            ![Notariat fəaliyyəti ilə [[məşğul olmaq istəyənlər üçün]] müsabiqə elan edilir](/uploads/news/6889f05b2e00f.webp) 
                                            