Əfv Sərəncamı üzrə 6 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər azadlığa buraxıldı
Prezident İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
TodayPress TV xəbər verir ki, bu müəssisədə Sərəncam 6 məhkuma şamil olunub.
Onlardan 5-i Azərbaycan, 1-i isə Pakistan vətəndaşıdır.
tag: Əfv,Sərəncam,Tətbiq,Məhbus,Todaypress.tv,


