Dövlət Komitəsində ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi ilə görüş keçirildi

Sosial

27.05.2025 19:03

4

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 27-də ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi Bob Robertslə görüşüb.

TodayPress TV xəbər verir ki, komitə sədri ölkəmizdə həyata keçirilən dövlət-din siyasətinin əsas məqsədinin cəmiyyətdə milli və dini həmrəyliyin qorunub saxlanılması, radikal meyillərin qarşısının alınması və vəhdətin möhkəmləndirilməsi olduğunu bildirib.

Qeyd edib ki, cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün dini konfessiyaların mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına böyük diqqət və qayğıyla yanaşır.

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi Bob Roberts ölkəmizdəki mövcud dini harmoniya və tolerantlıq mühiti ilə bağlı təəssüratlarını bölüşüb. Vurğulayıb ki, fərqli din nümayəndələrinin dinc və qarşılıqlı anlaşma içində yaşadığı azsaylı ölkələrdən olan Azərbaycanda dinlərarası münasibətlərə verilən dəyər və göstərilən dövlət dəstəyi təqdirəlayiqdir.

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilərək, dinlərarası dialoqun inkişafı və etimadın gücləndirilməsi sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

tag: Dini Qurumlarla İş,Dövlət Komitəsi,Ramin Məmmədov,ABŞ,Bob Roberts,todaypress.tv,