Daşkəsəndə Qurban bayramı münasibətilə sosial yardım aksiyası keçirildi
Sosial
06.06.2025 13:01
Müqəddəs Qurban bayramı ərəfəsində “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti və QSC-nin törəmə cəmiyyəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşkilatçılığı ilə sosial yardım aksiyası keçirilib.
TodayPress TV xəbər verir ki, aksiya Daşkəsən rayonunda qeydiyyatda olan Birinci və İkinci Qarabağ – Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə zamanı yaralanmış şəxslər, eləcə də aztəminatlı ailələri əhatə edib.
Onlara bayram təbrikləri çatdırılıb, qurban əti və digər ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.
Sosialyönümlü bu təşəbbüs ümumilikdə 160 ailəni əhatə edib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən bu tip aksiyalar əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə dəstək məqsədi daşıyır.
tag: Daşkəsən,Qurban,Bayram,Yardım,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                ![9 avtobus marşrutu üzrə [[müsabiqələrin qalibləri]] müəyyən edildi](/uploads/news/687a56c728604.webp) 
                                            ![Baş prokuror [[Lənkəranda vətəndaşları]] qəbul edəcək](/uploads/news/683808c3603a2.webp) 
                                            ![Babəkdə [[elektrik enerjisinin verilişində]] fasilə olacaq](/uploads/news/68c928a9513b9.webp) 
                                            ![DİN [[uşaq hüquqlarının müdafiəsi]] ilə bağlı tədbirləri davam etdirir](/uploads/news/68399fb17cf9e.webp) 
                                            ![Ağdərənin Həsənriz kəndinə [[daha 17 ailə]] köçürülür](/uploads/news/6901d1f87f497.webp) 
                                            ![Agentliyin həmtəşkilatçılığı ilə [[Malayziyada beynəlxalq tədbir]] keçirildi](/uploads/news/686e75f7072a9.webp) 
                                            ![AMEA-da Ramiz Mehdiyevin [[həqiqi üzvlük məsələsinə]] baxılacaq](/uploads/news/68f236f84ce36.webp) 
                                            ![Naxçıvanda [[Regional Ailə Mərkəzləri]] yaradılacaq](/uploads/news/68a7648dce4b0.webp) 
                                            ![[[“Rəqəmsal sahibkarlıq”]] müsabiqəsinin qalibləri mükafatlandırıldı](/uploads/news/6882338008f22.webp) 
                                            ![Azərbaycan və Özbəkistan [[kadastr sahəsində əməkdaşlığı]] genişləndirir](/uploads/news/6841957537dcb.webp) 
                                            