BŞTİ məktəblərini 80 mindən çox şagird bitirir
Sosial
11.06.2025 11:59
2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46 min 406, XI siniflərini 33 min 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirir.
TodayPress TV xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Qeyd olunub ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38 min 206 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 min 923 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 30 min 169 müəllim fəaliyyət göstərir.
2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupuna 22 min 781 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
tag: BŞTİ,Şagird,Məzun,Məktəb,Todaypress.tv,
 
        
 
                                ![[[Aqil Şirinov:]] “Təəssüf ki, dini təhsil ocaqları müəyyən məzhəblər üzərində qurulub”](/uploads/news/6856656aede4c.webp) 
                                            ![Jurnalistikaya [[qəbul üzrə qabiliyyət imtahanının nəticələri]] açıqlandı](/uploads/news/68958f5c9a991.webp) 
                                            ![Məktəbəhazırlıq qruplarına [[qeydiyyatdan keçənlərin sayı]] açıqlandı](/uploads/news/68a42de6128c5.webp) 
                                            !["Qayıblar, kəsirlər və maliyyə itkiləri: [[Tələbələr nəyə diqqət etməlidirlər?"]]](/uploads/news/68c8019e14730.webp) 
                                            ![[[Ramin Nurəliyev:]] “Əgər kurikulum tam tətbiq olunsa, valideynlərin köməyinə ehtiyac qalmaz”](/uploads/news/68e908f1d09c0.webp) 
                                            ![Şişirdilmiş rəqəmlər, boş qalan yerlər və “beyin köç”ləri [[– Ölkədə magistraturaya maraq niyə azalıb?]]](/uploads/news/68a6d5bdbb4ba.webp) 
                                            ![MİQ üzrə [[müsabiqənin müsahibə mərhələsinə]] aid mövzular açıqlandı](/uploads/news/689de39e49c35.webp) 
                                            ![Jurnalist olmaq istəyən [[1071 abituriyent]] qabiliyyət imtahanı verəcək](/uploads/news/688c640000451.webp) 
                                            ![Məktəbli formalarının qiymətləri artacaq? [[- RƏSMİ]]](/uploads/news/687f777f337a5.webp) 
                                            ![[[Pərvinə Qədimova:]] “Müəllim gələcəyi ayaqda saxlayan sütundur”](/uploads/news/685ba36bb435a.webp) 
                                            