Bayram günlərində avtovağzallardan daşınan sərnişinlərin sayı açıqlandı
Sosial
07.06.2025 14:22
İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib.
TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 5-6 iyun tarixlərində paytaxtdan bölgələrə 20554 sərnişin daşınıb:
"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib".
"Sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. İstirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur",-deyə məlumatda qeyd edilib.
tag: AYNA,Sərnişin,Avtovağzal,Daşınma,Todaypress.tv,
 
        
 
                                ![Uşaqların şəkillərini [[icazəsiz paylaşmaq]] hansı riskləri yaradır?](/uploads/news/68e66b46350c9.webp) 
                                            ![Bölgələrdə yağıntılı hava şəraiti davam edir [[- FAKTİKİ HAVA]]](/uploads/news/68c51e5055bce.webp) 
                                             
                                            ![DİN [[sərgidə]] iştirak edir](/uploads/news/68ef50d231933.webp) 
                                            ![Ötən ay [[Bakı Aeroportundan]] 840 minə yaxın sərnişin istifadə edib](/uploads/news/68c908d774ab3.webp) 
                                            ![Notariat fəaliyyəti ilə [[məşğul olmaq istəyənlər üçün]] müsabiqə elan edilir](/uploads/news/6889f05b2e00f.webp) 
                                            ![Hava yağmursuz olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68d10b1eaa02d.webp) 
                                            ![[[BDYPİ]] piyadaları qaydalara əməl etməyə çağırıb](/uploads/news/68f728550af4c.webp) 
                                            ![Dəmiryolu ilə sərnişindaşıma [[21 %-ə yaxın]] artdı](/uploads/news/68832d8f70b99.webp) 
                                            ![Çin-Azərbaycan ortaq müəssisəsi [[elektrik avtobuslarının istehsalına]] başladı](/uploads/news/68df8b9aab5e0.webp) 
                                            