Bakıda üç nəfər arasında "lezva"lı mübahisə – Polis bibər qazı ilə ayırdı

Sosial

18.10.2025 09:57

Koroğlu metrostansiyasının yaxınlığında bir-birini ülgüc ilə təhdid edən şəxsləri polis saxlayıb.

TodayPress TV xəbər verir ki, hadisə səhər saatlarında Koroğlu metrostansiyasının yaxınlığında baş verib.

İlkin məlumata görə, üç nəfər şəxs öz aralarında mübahisə edib. Daha sonra onlar ciblərindən ülgüc çıxararaq bir-birilərini təhdid ediblər.

Mübahisəyə dərhal polis müdaxilə edib.

Bildirilir ki, mübahisə edən şəxslərdən ikisi öz boğazını kəsib.

Polis bibər qazı ilə buna əngəl olmağa çalışıb.

Lətif İsmayılov

TodayPress TV

tag: DİN,Koroğlu,Dava,Ülgüc,Todaypress.tv,

photo