Bakı metropoliteni gücləndirilmiş rejimdə çalışacaq
Sosial
30.09.2025 17:29
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
TodayPress TV xəbər verir ki, oktyabrın 1-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.
Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək.
tag: Metropoliten,Bakı,Gücləndirilmiş,Rejim,Todaypress.tv,
 
        
 
                                ![Heyvan xəstəliklərindən [[azad zonaların yaradılması işləri]] davam etdirilir](/uploads/news/682b2b9424d5d.webp) 
                                            ![FHN azad olunmuş ərazilərdə təhlükəsizlik barədə maarifləndirilmə işini [[davam etdirir]]](/uploads/news/689848c8228f5.webp) 
                                            ![22 dərəcə isti olacaq[[- SABAHIN HAVASI]]](/uploads/news/68fca8bd2c682.webp) 
                                            ![[[Mühərrik yağı, akkumulyator, antifriz:]] Qış üçün avtomobil yoxlaması necə aparılmalıdır?](/uploads/news/68fa16df15e31.webp) 
                                            ![Baş prokuror Abşeronda [[vətəndaşları]] qəbul edəcək](/uploads/news/690079e147264.webp) 
                                            ![[[Bakıda taksi limitində yenilik:]] "İctimai nəqliyyata keçid sürətlənəcək"](/uploads/news/68f618c63f416.webp) 
                                            ![Vüqar Behbudov Beyləqanda [[vətəndaş qəbulu]] keçirdi](/uploads/news/68c402c72ffdd.webp) 
                                            ![[[Mürsəl İbrahimov]] Tovuzda vətəndaş qəbulu keçirdi](/uploads/news/684bf3378eb35.webp) 
                                            ![Naxçıvan-Bakı avtobus reyslərinin sayı [[6-ya çatdırıldı]]](/uploads/news/68b2d72054e6d.webp) 
                                            ![Bölgələrdə yağıntılı hava şəraiti davam edir [[- FAKTİKİ HAVA]]](/uploads/news/68428a866dde2.webp) 
                                            