Azərbaycanlı şagird ABŞ universitetinə 100 % təqaüdlə qəbul oldu!

Sosial

14.07.2025 12:52

Beynəlxalq Təhsil Mərkəzinin tələbəsi Fidan Əsgərli, SAT imtahanlından 1 510 bal toplayaraq ABŞ-dakı nüfuzlu "Miami University"dən 100 % təqaüdlə qəbul alaraq böyük uğura imza atdı.

TodayPress TV xəbər verir ki, SAT imtahanı üzrə hazırlığını bu mərkəzdə tamamlayan tələbə, eyni zamanda "Purdue University", "University of Wisconsin–Madison", "University of Illinois Urbana-Champaign", "The University of Tulsa", "Simmons University" və "Constructor University" kimi dünyanın tanınmış universitetlərindən də qəbul məktubu alıb.

Gənc istedadın bu uğuru, həm öz əzminin, həm də Beynəlxalq Təhsil Mərkəzinin peşəkar hazırlıq proqramlarının nəticəsidir.

Bu nailiyyət, Azərbaycanın parlaq gələcəyinə töhfə verən gənclərin beynəlxalq səviyyədə tanınmasının daha bir sübutudur.

(Report)

tag: Azərbaycan,Şagird,ABŞ,Qəbul,Todaypress.tv,

photo