Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas edildi
Sosial
10.06.2025 11:29
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Ceyhun Şərifov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1962-ci il təvəllüdlü Hüseynov Elçin Əlövsət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
tag: FHN,Qəza,Avtomobil,Hadisə,Todaypress.tv,
 
        
 
                                ![Naxçıvan-Şahbuz yolunda qəza -  [[3 nəfər xəsarət aldı]]](/uploads/news/6834a31ee04f2.webp) 
                                            ![İmişlidə polis [[16 yaşlı qızın]] nişanının qarşısını aldı](/uploads/news/68fdf1c301898.webp) 
                                            ![Sərxoş vəziyyətdə [[qəza törədən sürücü]] saxlanıldı](/uploads/news/6847f19aaa767.webp) 
                                            ![Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlunun [[həbsi qüvvədə saxlanıldı]]](/uploads/news/6889d3f1cbdd5.webp) 
                                            ![[[Zaqatalada]] açıq ərazidə yanğın oldu](/uploads/news/687e90980d070.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[33 nəfər]] saxlanıldı](/uploads/news/68ee2785706ee.webp) 
                                            ![[[Saxta orden və medal təsis edən]] QHT sədrləri cinayət məsuliyyətinə cəlb edildilər](/uploads/news/68dd39a8d514f.webp) 
                                            ![İtkin düşən [[6 nəfər]] tapıldı](/uploads/news/6879e620a2729.webp) 
                                            ![Sabirabadda qəzaya düşənlərin [[son durumu AÇIQLANDI]]](/uploads/news/689b36170dc58.webp) 
                                            ![Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən [[yanğınlar söndürüldü]]](/uploads/news/6885d359a5b49.webp) 
                                            