Avtobuslardan istifadə edənlərin sayı artdı
Sosial
16.05.2025 17:13
Ölkədə avtobusla daşınan sərnişinlərin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel ayları ərzində avtobuslarla 556 milyon 587 min sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon nəfər çoxdur.
Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.
Müşahidələr göstərir ki, xüsusilə paytaxtda yol infrastrukturunda tətbiq edilən yeniliklər ictimai nəqliyyatın cəlbediciliyini artırıb.
Xüsusi hərəkət zolaqları hesabına sərnişinlərin rahat, maneəsiz və sürətli daşınması təmin edilib.
Belə ki, ictimai nəqliyyat vasitələrinin bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı 12-22 dəqiqəyə kimi azalıb.
Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə taksi minik avtomobilləri ilə səyahət edənlərin sayı azalıb. 2025-ci ilin yanvar-aprel ayları ərzində taksidən 25 milyon 514 min sərnişin istifadə edib. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 min nəfər azdır.
tag: Avstobus,İstifadə,Nəqliyyat,Vətəndaş,Todaypress.tv,