ADSEA-da “Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” üzrə təlim keçirildi
Sosial
25.09.2025 14:18
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) “AZS ISO 10002:2022 – Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” standartı üzrə təlim təşkil olunub.
TodayPress TV xəbər verir ki, təlimdə "955" Çağrı mərkəzi əməkdaşları, yerli sukanal idarələrinin operatorları, eləcə də ASAN xidmət və ASAN kommunal mərkəzlərində fəaliyyət göstərən ADSEA əməkdaşları iştirak ediblər.
Tədbirin açılışında ADSEA sədrinin müavini çıxış edərək, bu təlimin əməkdaşların peşəkar inkişafına və xidmət keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, ISO 10002 standartı müştəri müraciətlərinin daha sistemli şəkildə idarə olunmasına, problemlərin operativ həllinə və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir. Bu standartın tətbiqi sayəsində əməkdaşlar yalnız şikayətlərin cavablandırılmasında deyil, həm də xidmətlərin təkmilləşdirilməsi və gələcəkdə oxşar problemlərin qarşısının alınmasında daha effektiv rol oynayacaqlar.
Sədr müavini əlavə edib ki, vətəndaş məmnuniyyətinin təmin olunması, xüsusən də abonentlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların əsas vəzifəsidir. Bu məqsədə nail olmaq üçün beynəlxalq standartların tətbiqi və mütəmadi təlimlərin keçirilməsi zəruridir.
Təlim zamanı iştirakçılara standartın mahiyyəti, tətbiq mexanizmləri və beynəlxalq təcrübədə qəbul olunmuş yanaşmalar izah edilib. Real iş situasiyaları əsasında aparılan praktiki məşğələlərdə müraciətlərin vaxtında və effektiv həlli yolları nümayiş etdirilib.
tag: ADSEA,Standart,Təlim,Təşkil,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                ![Meşə fondunda [[tikinti işlərinin aparılması qaydaları]] dəyişdirildi](/uploads/news/683ebfbd0f033.webp) 
                                            ![FHN [[İnsan Hüquqları Aylığı]] ilə bağlı tədbir keçirdi](/uploads/news/6849607bac5f7.webp) 
                                            ![[[Salman Musayev:]] “Din heç zaman radikal olmayıb”](/uploads/news/68f899eb38ff9.webp) 
                                            ![[[“İnsan Hüquqları Aylığı”]] çərçivəsində tədbir keçirildi](/uploads/news/684ad3f34ad0d.webp) 
                                            ![Sumqayıtda [[1000 abonentin]] qazı kəsiləcək](/uploads/news/68d288fee690c.webp) 
                                            ![Ötən il [[40 mindən çox narkoman]] qeydiyyatda olub](/uploads/news/689c949e32c8d.webp) 
                                            ![Azərbaycanda rəhbər vəzifəsində olanların [[78,9%-i kişidir]]](/uploads/news/68397c4983bf4.webp) 
                                            ![Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - [[XƏBƏRDARLIQ]]](/uploads/news/686e932839fc5.webp) 
                                            ![Bakının Məmməd Araz küçəsində [[avtomobillə hərəkət]] qismən məhdudlaşdırılacaq](/uploads/news/688c61f5d0a4c.webp) 
                                            ![Bəzi rayonlara leysan yağacaq [[- XƏBƏRDARLIQ]]](/uploads/news/686bc586a114c.webp) 
                                            