AAYDA: Laza kəndinin yolu lil və palçıqdan təmizləndi
Sosial
03.10.2025 15:03
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qusar rayonunun Laza kəndinin yolunu lildən və palçıqdan təmizləyib.
TodayPress TV bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, ötən gün gecə saatlarından etibarən kənd ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.
Mövcud vəziyyətlə bağlı dərhal Agentliyin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib. Görülən operativ tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davam etdirilir.
Xatırladaq ki, son günlər ərzində dağlıq ərazilərdən gələn lil və palçıq axını nəticəsində yolun hərəkət hissəsinin çirklənməsi halları mütəmadi olaraq müşahidə olunur. Lakin hər bir halda Agentliyin əraziyə cəlb olunmuş texnikası və əməkdaşları operativ müdaxilə həyata keçirir və yolla hərəkət tez bir zamanda bərpa olunur.
tag: AAYDA,Yol,Təmir,Avtomobil,Todaypress.tv,
 
        
 
                                ![Avtobus marşrutlarına [[onlayn bilet satışı]] 2 dəfəyə yaxın artdı](/uploads/news/6871049f7d350.webp) 
                                            ![Bakıda [[Qurban bayramı münasibətilə]] bayram namazı qılındı](/uploads/news/684283611823e.webp) 
                                            ![Fərid Əhmədov Qubada [[vətəndaşları]] qəbul etdi](/uploads/news/687b5196dddc9.webp) 
                                            ![[[Səbinə Əliyeva:]] “Azərbaycan cəmiyyətində psixi sağlamlıqla bağlı stiqmatizasiya məsələsi aktualdır”](/uploads/news/68e79558a222c.webp) 
                                            ![Qurban bayramı ilə bağlı fətva verildi [[- YENİLƏNDİ]]](/uploads/news/682ec7bdd4b10.webp) 
                                            ![Bakı-Ağstafa-Bakı istiqamətində [[əlavə qatar reysrləri]] təyin edildi](/uploads/news/68f8ec4e6808c.webp) 
                                            ![Yay mövsümündə Bakıda sıxlıq niyə azalmır? [[– Akademik problemin həllini göstərdi]]](/uploads/news/6882325538b43.webp) 
                                            ![38 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/686e23be5d22a.webp) 
                                            ![Bəzi ölkələrdən [[müvafiq malların idxalına]] məhdudiyyət qoyuldu](/uploads/news/68960c59cf529.webp) 
                                            ![Mürsəl İbrahimov Qaxda [[vətəndaşları]] qəbul etdi](/uploads/news/68a8452d64bf1.webp) 
                                            