104 nömrəli marşrutun avtobusları yenilənir
Sosial
27.09.2025 20:00
Paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun "Həzi Aslanov" stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Bu barədə TodayPress TV-yə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Sentyabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
tag: Bakı, AYNA,104 Avtobus,CNG, todaypress.tv,
 
        
 
                                ![[[“Böyük Qayıdışda bərabərik”]] adlı maarifləndirmə tədbiri keçirildi](/uploads/news/68553c2d093e8.webp) 
                                            ![Rusiyanın mədəniyyət naziri Azərbaycana [[təşəkkür etdi]]](/uploads/news/684f021d76148.webp) 
                                            ![Ramin Məmmədov [[Şabranda]] vətəndaş qəbulu keçirəcək](/uploads/news/68c3c592c1e5a.webp) 
                                            ![[[TDT rəsmisi:]] “Azərbaycan təşkilatın su siyasətində aparıcı rola malikdir”](/uploads/news/68c28f6bb7b9f.webp) 
                                            ![Bakı küçələrində [[təmizlik işləri]] həyata keçirildi](/uploads/news/68970495f1382.webp) 
                                            ![FHN-in əməkdaşı [[qolf yarışında]] qızıl medal qazandı](/uploads/news/685177a8ca156.webp) 
                                            ![DSMF sədri [[Göyçayda]] vətəndaşları qəbul edəcək](/uploads/news/68872b21a0f69.webp) 
                                            ![Naxçıvan üzrə [[iyul ayının]] pensiyaları ödənildi](/uploads/news/686e7ab906c22.webp) 
                                            ![Bölgələrdə yağıntılı hava şəraiti davam edir [[- FAKTİKİ HAVA]]](/uploads/news/684fa8cf721ff.webp) 
                                            ![Qazax və Samuxda [[qaz kəsiləcək]]](/uploads/news/6874a8a9e0fcb.webp) 
                                            