Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycana səfərə gəldi

Siyasət

16.07.2025 09:40

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Xalq Məsləhətinin sədrini Azərbaycanın Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

tag: Türkmənistan,Qurbanqulu Berdiməhəmmədov,Səfər,Ziyarət,Todaypress.tv,

photo