Tatyana Anodina Prezident İlham Əliyevi təbrik etdi

Siyasət

30.05.2025 13:46

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodina Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu. 

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. 

Bu tarixi gün zəngin mədəni irs, müstəqillik səyləri, ləyaqət əsasında müasir suveren dövlət qurmuş Azərbaycan xalqının azadlıqsevərliyinin, uzaqgörənliyinin və dəyanətinin təcəssümüdür. 

Azərbaycan Sizin rəhbərliyinizlə regional sabitliyə sanballı töhfə verməyə və dinamik inkişaf yolu ilə beynəlxalq əlaqələrini genişləndirməyə davam edir.  Bu əlamətdar bayram münasibətilə Azərbaycanın bütün vətəndaşlarına davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıram. 

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."

tag: Prezident,İlham Əliyev,28 may,Təbrik,Todaypress.tv,