Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək?
Siyasət
15.08.2025 13:07
"Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcəyəm".
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında məlumat verib.
"Üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərin həllində tərəflərin nə qədər irəlilədiyini bilməkdə maraqlıyıq. Bəzi nüanslar Rusiya Federasiyasının Cənubi Qafqazdakı maraqlarına, ilk növbədə, dəmir yolu kommunikasiyalarının inkişafı baxımından təsir göstərir. Ona görə də həmin nüansların tapılıb-tapılmadığını eşitməkdə çox maraqlı olacağıq. Əgər bütün bu məsələlər həll olunubsa, biz bunu hesablamaların texniki-iqtisadi əsaslandırma müstəvisinə çevirməli, bu layihələrin iqtisadi tərəflərinə nəzər salmalı və blokun açılması ilə məşğul olmalıyıq. Amma yenə də bunun üçün, əlbəttə ki, Ermənistan və Azərbaycanla əldə etdiyimiz və yekunlaşdırdığımız qarşılıqlı fəaliyyət çərçivəsində üçtərəfli səylər tələb olunacaq", - deyə Baş nazir müavini əlavə edib.
tag: Rusiya,Azərbaycan,Ermənistan,Müzakirə,Todaypress.tv,