Murat Özkaleli: “Türk” Qərbin üzləşmək istəmədiyi gerçəkdir”
Siyasət
03.06.2025 11:42
“Tarixin unudulması üçün ççalışırlar. Onların xəyalında Əlcəzair hələ də tam suverenliyə nail ola bilməmiş, beynəlxalq ictimaiyyətə tam üzv olmağa çalışan “kolonizə edilmiş özlük” kimi qalır:
TodayPress TV xəbər verir ki, bunu ADA Universitetinin dosenti Murat Özkaleli “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfransda deyib.
“Başqa sözlə, bu bir növ Hobbsun “vəhşi insanı”nın – yəni hələ də müstəqilliyini sübut etməli olan varlığın təcəssümüdür. Maraqlısı budur ki, son tədqiqatlarım göstərdi ki, Tomas Hobbsun dövründə çağdaşları onu “yuniokan” – yəni “türk kimi” adlandıraraq tənqid ediblər. Bu təsadüfi deyil. Çünki əgər suveren olmağa çalışırsansa, bu, çox zaman “despotik” obraz kimi təqdim olunan “türk” imicinə çevrilir.
Burada sual yaranır: “türk” nə deməkdir? Ola bilsin ki, bu, Qərbin üzləşmək istəmədiyi gerçəklikdir. Çünki Osmanlı imperiyası Avropanın böyük bir hissəsini – xristian dünyasının iradəsinə zidd olaraq əsrlərlə idarə edib. Onlar bunu unutmaq istəyirlər”.
O, kolonial təxəyyüldən bəhs edib:
“Ad bizi cəmiyyət daxilində yerləşdirən koordinatdır. Biz adlandırılırıq ki, ictimai təxəyyüldə yerimiz təyin olunsun. Məsələn, mən “Murat” və ya “Abdullah” adını Fransada, Britaniyada və ya ABŞ-də dedikdə, dərhal “digər” olaraq təsnifləşdirilirəm. Adım məni avtomatik olaraq “digər” kateqoriyasına yerləşdirir.
Elə buna görə də Türkiyə bir neçə il öncə rəsmi adını simvolik suverenliyini geri qaytarmaq üçün dəyişdi. Hələ də dünyada Zimbabveni adla çağırmaqdan imtina edənlər var. Onlar hələ də kolonial təxəyyüldən çıxmayıblar. Təsəvvür edin, “Konstantinopol”dan “İstanbul”a keçid neçə il çəkdi? Ya da Ankaranın paytaxt kimi tanınması üçün neçə il keçməli oldu? On il ərzində Qərb səfirlikləri yavaş-yavaş Ankaraya köçdülər. Bu, təkcə diplomatik məsələ deyildi, kolonial təxəyyül bizi hələ də “başqa” olaraq yerləşdirməkdə davam edirdi. Bu gün də biz “başqa” olaraq qəbul olunuruq. Bu, bir növ patriarxal sistemə bənzəyir”.
Qiymət Mahir
tag: Bakı,Beynəlxalq,Tədbir,Fransa,Todaypress.tv,