Kürşad Zorlu: “Qarabağ”ın qələbəsi zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəllisidir

Siyasət

17.09.2025 17:41

“Can Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında “Benfika”nı məğlub etdi. Bu, “Qarabağ”ın Çempionlar Liqasındakı ilk qələbəsi idi. Bu uğur, zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəllisidir”.

TodayPress TV xəbər verir ki, bu ifadələr Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun sosial media hesabındakı paylaşımında yer alır.

“Azadlıqdan bir neçə gün sonra bu videonu çəkmişdim. Baxın, Qarabağ futbolunda haradan-haraya gəlinib! Qürurvericidir! Səmimiyyətlə təbrik edirəm”,- deyə Zorlu Ağdamda çəkdiyi videokadrları paylaşımına əlavə edib.

TodayPress TV

https://x.com/zorlu77/status/1968197310044877070?s=46&t=wJcacbb6wb5wkVi3cecffA

tag: Kürşad Zorlu,Qarabağ,Paylaşım,Məlumat,Todaypress.tv,