Hikmət Hacıyev: Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır
Siyasət
21.10.2025 11:00
"Son aylarda Prezident İlham Əliyev Türkmənistan, Tacikistan və Qazaxıstana səfərlər edib. Hazırda Qazaxıstana dövlət səfərindədir".
TodayPress TV verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda qeyd edib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin münasibətləri “5+1” formulu ilə təsvir edilirdisə, bu gün həmin konsepsiya riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib.
“Artıq bu münasibətlər vahid "6-lıq" modelini formalaşdırır. Bu, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığına əsaslanan inteqrasiyanın dərinləşməsini və ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür,” – Hikmət Hacıyev qeyd edib.
tag: Prezident,İlham Əliyev,Hikmət Hacıyev,Səfər,Todaypress.tv,
