Azərbaycanın Keniyada səfirliyi açıldı
Siyasət
03.06.2025 14:22
Azərbaycan Xarici İşlər Naziri (XİN) Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Keniyadakı Səfirliyinin açılış mərasimində iştirak edib.
TodayPress TV xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya arasında dövlətlərarası münasibətlərin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.
C.Bayramov həmçinin Keniyanın ev sahibi ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraitin də vurğulayıb.
tag: Azərbaycan,Keniya,Səfirlik,Açılış,Todaypress.tv,

