Xəzərdən Qara Dənizə və Mərkəzi Asiyaya yeni enerji dəhlizləri yaradılacaq
Sənaye və energetika
03.06.2025 16:19
“Yaxın tarixdə altı giqavattlıq yaşıl enerji layihəsi həyata keçiriləcək”.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Energetika Nazirinin müavini Orxan Zeynalov bunu “Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması” plenar sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mərhələli yanaşma çərçivəsində bu enerjinin Xəzər-Qara dəniz dəhlizi vasitəsilə ixracı planlaşdırılır. Lakin bu, tək plan deyil – növbəti mərhələdə, 2035-ci ildən başlayaraq, hidrogen istehsalı da nəzərdə tutulur. Bu, 2035-ci ildən sonra reallaşacaq.
“Növbəti dəhliz isə Mərkəzi Asiya–Azərbaycan xəttidir – yəni Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında. Bu, olduqca unikal layihədir. Hətta sovet dövründə belə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında belə bir enerji bağlantısı olmayıb. İndi isə ilk dəfə olaraq enerji sistemlərini birləşdirməyə çalışırıq. Buraya yalnız dənizaltı enerji kabeli deyil, həmçinin şəbəkə kabeli də daxildir. Mərkəzi Asiyada, xüsusilə günəş enerjisi sahəsində böyük potensial var və bu layihəyə digər ölkələr də maraq göstərir”.
Töhfə Səməd
tag: Bakı,Enerji,Həftəsi,Tədbir,Todaypress.tv,