Energetika naziri Çinin "Orient Cable" şirkətinə səfər etdi

Sənaye və energetika

27.06.2025 11:21

Energetika naziri Pərviz Şahbazov Çində dünyanın aparıcı sualtı kabel şirkətlərindən biri olan "Orient Cable"də səfərdə olub.

TodayPress TV xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, innovativ sualtı və yerüstü kabel sistemləri üzrə həllər təqdim edən şirkətin yaşıl enerji ötürmə infrastrukturu, sualtı və yüksək gərginlikli kabellər, dəniz avadanlıqları və mühəndisliyi sahəsində fəaliyyəti ilə yaxından tanış olunub.

Pərviz Şahbazov qeyd edib ki, bu təcrübə Azərbaycanın "Yaşıl enerji dəhlizi" və interkonnektor layihələrinin həyata keçirilməsi baxımından faydalı olub.

tag: Energetika,Nazir,Çin,Səfər,Todaypress.tv,

photo
photo
photo