Pərviz Şahbazov vətəndaşları qəbul etdi

Sənaye və energetika

17.06.2025 17:51

Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

TodayPress TV Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik naqilləri və dirəklərinin istismar vəziyyəti, enerji sərfiyyatının hesablanması, elektrik enerjisi və təbii qazdan istifadəyə görə borcun yaranması, sayğacların quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.

tag: Pərviz Şahbazov,Nazir,Vətəndaş,Qəbul,Todaypress.tv,