BTC ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı

Sənaye və energetika

27.05.2025 10:21

5

Bu ilin yanvar-aprel aylarında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 70 753 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 3,3% azdır. 

Bu barədə TodayPress TV Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir. 

Məlumata görə, 2024-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 73 147 min barel neft nəql edilib. 

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224142 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 2% azdır. 

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir.

Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

tag: Neft, Barel, Birja, Sənaye, Dollar, todaypress.tv,