Biznesin İnkişafı üzrə rəhbər: “Azərbaycan əksər layihələr üçün əsas regiondur”
Sənaye və energetika
03.06.2025 16:29
“Azərbaycanda və regionda yaşıl enerjinin qonşu ölkələrə və Avropaya ixracına dair çoxsaylı təşəbbüslər mövcuddur”.
TodayPress TV xəbər verir ki, “Masdar” şirkətinin biznesin inkişafı və investisiyalar (MDB) şöbəsinin rəhbəri Məryəm Raşed Al Mazrouei bunu “Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması” plenar sessiyasında çıxışı zamanı deyib.
O, bu təşəbbüsləri tam dəstəklədiyini və yaşıl enerjinin ixracı məqsədilə bərpaolunan enerji layihələrinin hazırlanmasına və həyata keçirilməsinə hazır olduqlarını deyib.
“Mən burada dənizdə külək enerjisi layihələrini inkişaf etdirdiyimiz iki əsas tərəfdaşımız – “AquaPower” və SOCAR şirkətlərinin arasında əyləşmişəm. Keçən il Xəzər dənizində dəniz külək enerjisi potensialının öyrənilməsi üçün anlaşma imzalamışıq. Hazırda layihə ilkin mərhələdədir, lakin biz bu işi olduqca ciddi şəkildə dəyərləndiririk və ümid edirik ki, yaxın vaxtlarda bu layihəni reallaşdıracağıq”.
Rəhbər vurğulayıb ki, Azərbaycan əksər layihələr üçün əsas region hesab olunur”.
Töhfə Səməd
tag: Bakı,Enerji,Həftəsi,Tədbir,Todaypress.tv,