Azərbaycan nefti süni şəkildə çirkləndirilib? - Ekspert İDDİALARA CAVAB VERDİ

Sənaye və energetika

15.08.2025 16:15

"Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac olunan neftdə aşkarlanan çirklənmə ilə bağlı problem demək olar ki, aradan qaldırılıb".

İqtisadçı Natiq Cəfərli bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, məsələ bir neçə gün ərzində həll olunub və hazırda yaranan texniki problemlərin aradan qaldırılması prosesi davam edir:

"Bu hal Azərbaycan neftinin qiymətinə təsir etmir. Azərbaycan neftinin qiyməti ayrıca hesablanmır, dünya birjalarında müəyyənləşir. Qiymət, əsasən, "Brent" markalı neftin dəyərinə uyğun formalaşır. Ona görə də bu texniki problem yalnız alıcı tərəfə təsir göstərir, qiymətə yox".

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunan neftdə çirklənmə aşkarlandığı ilə bağlı məlumat yayılıb. Bunun Azərbaycan neftinin qiymətinə təsir etdiyi iddia edilir.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Son 1 həftə əzrində neftin qiyməti 66 ABŞ dollarına qədər enib. 

Türkan İsgəndərli

tag: Natiq Cəfərli,İqtisadçı,Azərbaycan,Neft,Çirklənmə,Todaypress.tv,

photo