Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq
Sənaye və energetika
11.07.2025 16:32
“Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.
TodayPress TV agentliyə istinadən xəbər verir ki, yeni rezident Parkın 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradacaq.
Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.
Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.
"Yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların bura artan marağının göstəricisidir ki, Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir", - deyə məlumatda qeyd olunub.
tag: Ağdam,Sənaye,Parkı,Dəmir,Qapı,Todaypress.tv,