Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start

Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start
18.05.2026 10:01

Mayın 17-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) işə başlayıb.

TodayPress TV xəbər verir ki, WUF13-ün ilk günündə Azərbaycanın sədrliyi ilə keçirilən və yeni təşəbbüs kimi irəli sürülən Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən görüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak edib.

Yeni Şəhərsalma Gündəliyinin 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi kimi mövzuları əhatə edib.

Spikerlər Azərbaycan hökumətinə göstərilən səmimi qonaqpərvərliyə, həmçinin 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən WUF13-ün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, onlar layiqli mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə bu mühüm platformanın yaradılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyini, eləcə də UN-Habitat və təşkilatın icraçı direktoru Anaklaudia Rossbaxın səylərini yüksək qiymətləndiriblər.

Çıxışlarda əsas vurğulanan məqamlardan biri mənzil məsələsinin ayrı-ayrılıqda deyil, digər sahələrlə əlaqəli şəkildə həll olunmasının vacibliyi olub. Spikerlər mənzil siyasətinin torpaq idarəçiliyi, infrastruktur, nəqliyyat, xidmətlər, məşğulluq, ictimai məkanlar, iqlim fəaliyyəti və yerli iqtisadi inkişafla əlaqələndirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin, ikinci dərəcəli şəhərlərin, kiçik yaşayış məntəqələrinin, şəhər-kənd əlaqələrinin və balanslı ərazi inkişafının dəstəklənməsini nəzərdə tutan daha inteqrə olunmuş və məkan əsaslı yanaşmalara çağırış edilib. Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatıb.

Spikerlər müharibə, münaqişə və fəlakətlərin şəhərlərə, mənzil fonduna, infrastruktura və əsas xidmətlərə təsirini, eləcə də bunun yaratdığı məcburi köçkünlük və humanitar problemləri diqqətə çatdırıblar. Nümayəndə heyətləri postmünaqişə dövründə yenidənqurma və bərpa proseslərinin əhəmiyyətini də vurğulayıblar. Azərbaycanın postmünaqişə bərpa təcrübəsi müsbət nümunə kimi dəyərləndirilib və oxşar vəziyyətlərdə tətbiq oluna biləcək model kimi qeyd edilib. 

Bu günün ən diqqətçəkən və simvolik hadisələrindən biri Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər. 

Forumun ilk günü həmçinin fərqli mövzularda keçirilən Assambleyaların birgə açılış sessiyaları ilə yadda qalıb. Sözügedən Assambleya sessiyaları sırasında Qadınlar Assambleyası, Yerli və regional hökumətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası eləcə də Biznes Assambleyası yer alıb.

Keçirilən əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi “Global Water Operators’ Partnerships Alliance” Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunub.

Qeyd edək ki, 17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçirilən WUF13 tədbiri minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirlərini, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.

TodayPress TV

FOTOLAR

Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 1
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 2
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 3
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 4
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 5
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 6
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 7
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 8
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 9
XƏBƏR LENTİ
01 IYUN 2026
Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 Bütün Xəbərlər