Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start

Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start
18.05.2026 10:01

Mayın 17-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) işə başlayıb.

TodayPress TV xəbər verir ki, WUF13-ün ilk günündə Azərbaycanın sədrliyi ilə keçirilən və yeni təşəbbüs kimi irəli sürülən Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən görüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak edib.

Yeni Şəhərsalma Gündəliyinin 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi kimi mövzuları əhatə edib.

Spikerlər Azərbaycan hökumətinə göstərilən səmimi qonaqpərvərliyə, həmçinin 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən WUF13-ün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, onlar layiqli mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə bu mühüm platformanın yaradılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyini, eləcə də UN-Habitat və təşkilatın icraçı direktoru Anaklaudia Rossbaxın səylərini yüksək qiymətləndiriblər.

Çıxışlarda əsas vurğulanan məqamlardan biri mənzil məsələsinin ayrı-ayrılıqda deyil, digər sahələrlə əlaqəli şəkildə həll olunmasının vacibliyi olub. Spikerlər mənzil siyasətinin torpaq idarəçiliyi, infrastruktur, nəqliyyat, xidmətlər, məşğulluq, ictimai məkanlar, iqlim fəaliyyəti və yerli iqtisadi inkişafla əlaqələndirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin, ikinci dərəcəli şəhərlərin, kiçik yaşayış məntəqələrinin, şəhər-kənd əlaqələrinin və balanslı ərazi inkişafının dəstəklənməsini nəzərdə tutan daha inteqrə olunmuş və məkan əsaslı yanaşmalara çağırış edilib. Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatıb.

Spikerlər müharibə, münaqişə və fəlakətlərin şəhərlərə, mənzil fonduna, infrastruktura və əsas xidmətlərə təsirini, eləcə də bunun yaratdığı məcburi köçkünlük və humanitar problemləri diqqətə çatdırıblar. Nümayəndə heyətləri postmünaqişə dövründə yenidənqurma və bərpa proseslərinin əhəmiyyətini də vurğulayıblar. Azərbaycanın postmünaqişə bərpa təcrübəsi müsbət nümunə kimi dəyərləndirilib və oxşar vəziyyətlərdə tətbiq oluna biləcək model kimi qeyd edilib. 

Bu günün ən diqqətçəkən və simvolik hadisələrindən biri Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər. 

Forumun ilk günü həmçinin fərqli mövzularda keçirilən Assambleyaların birgə açılış sessiyaları ilə yadda qalıb. Sözügedən Assambleya sessiyaları sırasında Qadınlar Assambleyası, Yerli və regional hökumətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası eləcə də Biznes Assambleyası yer alıb.

Keçirilən əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi “Global Water Operators’ Partnerships Alliance” Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunub.

Qeyd edək ki, 17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçirilən WUF13 tədbiri minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirlərini, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.

TodayPress TV

PHOTOS

Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 1
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 2
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 3
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 4
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 5
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 6
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 7
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 8
Nazirlər, assambleya və bayraq mərasimi: WUF13-ə möhtəşəm start — 9
NEWS FEED
01 JUNE 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 All News