Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi

Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi
10.12.2025 12:43

Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib.

Bu barədə TodayPress TV-yə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə qurumların rəhbər şəxsləri iştirak edib.

Görüş zamanı hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bundan başqa yerli struktur bölmələrin birinə yerində baxış keçirilib, tibbi şəhadətləndirmə prosesi də daxil olmaqla ümumilikdə iş prosesi ilə tanışlıq olub.

Görüşün sonunda qonaqlara rəmzi hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.

TodayPress TV

FOTOLAR

Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 1
Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 2
Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 3
Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 4
Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 5
Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 6
Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 7
Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 8
Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirildi — 9
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər