Venesiya Film Festivalında hansı filmlər yarışacaq?

Mədəniyyət

21.06.2025 16:21

Bu il avqustun 27-dən sentyabrın 6-dək keçiriləcək 82-ci Venesiya Beynəlxalq Film Festivalının prezidenti məşhur “The Descendants”, “Nebraska” və “About Schmidt” filmləri ilə tanınan "Oskar" mükafatlı rejissor Aleksandr Peyn olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Dünyanın ən nüfuzlu kino tədbirlərindən biri sayılan festivalda "Qızıl Şir" uğrunda yarışacaq filmlər maraqla gözlənilir. "Variety" jurnalının məlumatına görə, bu il festivala qatılması gözlənilən ekran ulduzları arasında Dayn Consın, Emili Blant, Culia Roberts, Endryu Qarfiyild, Ceorci Kluni, Keyt Blanşet və Emma Ston da var.

Festivalın bədii rəhbəri Alberto Barbera isə 82-ci buraxılışın proqramını tamamlamaq üçün vaxtla yarışdığını bildirib.

Gözlənilən əsas filmlər isə bunlardır:

- “The Smashing Machine”

- “After the Hunt”

- “Bugonia”

Festivalın dəqiq proqramı yaxın günlərdə rəsmi olaraq elan olunacaq.

Töhfə Səməd

tag: Venesiya Beynəlxalq Film Festivalı,Oskar, Aleksandr Peyn,Qızıl Şir,