Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert proqramı baş tutdu
Tacikistanın Danqara şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində növbəti konsert proqramı baş tutub.
TodayPress TV xəbər verir ki, bu dəfə Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı rəngarəng musiqi proqramı ilə çıxış ediblər.
Konsertdən öncə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Tacikistanın Danqara şəhərinin icra hakimiyyəti başçısı Sijoydin Salomzade çıxış ediblər.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov iki ölkə arasındakı mədəni yaxınlıqdan bəhs edib.
M.Hüseynov Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilən tədbir və konsert proqramlarında tacik xalqının maraq və diqqətindən məmnunluğunu ifadə edib.
Tacikistanın Danqara şəhərinin icra hakimiyyəti başçısı Sijoydin Salomzade isə Azərbaycanın zəngin mədəni irsini böyük zövqlə izlədiklərini diqqətə çatdırıb.
Sijoydin Solomzade də, öz növbəsində, hər iki xalq arasındakı mədəni yaxınlığa diqqət çəkib.
Çıxışlar yekunlaşdıqdan sonra Qədim Musiqi Alətləri Ansanblının konsert proqramı nümayiş edilib. Bir-birindən maraqlı musiqi nömrələri ilə zəndin musiqi kompozisiyası yerli tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri sabah başa çatacaq.
tag: Tacikistan, Azərbaycan, Musiqi, Mədəniyyət, todaypress.tv,