Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən açıldı
Mədəniyyət
11.07.2025 14:19
Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən açılıb.
TodayPress TV xəbər verir ki, uzun müddət qəzalı vəziyyətdə olan muzey “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bərpa edilib.
Qeyd edək ki, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan muzey uzun illər Azərbaycan xalqının zəngin dekorativ-tətbiqi sənət nümunələrini və qədim məişət əşyalarını geniş ictimaiyyətə təqdim edib.
Hazırda muzeydə 800-dən çox unikal eksponat nümayiş etdirilir.
tag: Qala,Əntiq,Əşya,Muzey,Todaypress.tv,








